z.B.

Abk. für: zum Beispiel misal üçün
Z
z.Hd.
OBASTAN VİKİ
Z
Latın qrafikalı Azərbaycan əlifbasında 32-ci (sonuncu) hərf, 23 samitdən biri. Cingiltili samitdir. Kar qarşılığı "S"-dir. Türkcə, ümumiyyətlə, oxunuşu [ze] şəklində ikən bir çox Latın dilində Yunan əlifbasının zeta hərfinin törədilən tələffüz şəkliylə ifadə edilir. Məsələn İngiliscədə [zed], Fransızcada [zède], İspan və İtalyancada [zeta] şəklində ifadə edilir.
B
Latın qrafikalı Azərbaycan əlifbasında 2-ci hərf, 23 samitdən biri. Cingiltili samitdir. Kar qarşılığı "P"-dır. Bor elementi böyük b (B) hərfi ilə işarə olunur. == "B" digər əlifbalarda == Finikiya əlifbasında evə bənzədiyi üçün "bet" ("ev") adlanır. Bu hərf rus qrafikalı əlifbalarda "Б б" şəklində rast gəlinir. Latın əlifbasına Yunan əlifbasından "β" "betta" şəklində daxil olmuşdur. Ərəb əlifbasında "ب" "bə" adlanır.
B&B TV
"BB TV Kommunikeyşn" MMC 1996-cı ildə təsis olunmuşdur və Azərbaycanda ilk dəfə analoq üsülu ilə radio televiziya kanallarının efir-kabel yayımı xidmətini göstərməyə başlamışdır. Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə "BB TV Kommunikeyşn" MMC-yə Azərbaycan Respublikasının bütün ərazisində, radio televiziya kanallarının rəqəmsal efir-kabel yayım fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. 2007-ci ilin aprel ayından başlayaraq "BB TV Kommunikeyşn" MMC Cənubi Qafqazda ilk dəfə rəqəmsal efir-kabel yayımını vətandaşlara təqdim etmişdir. Hal-hazırda "BB TV Kommunikeyşn" MMC rəqəmsal efir-kabel yayımını Bakı, Sumqayıt və Abşeron yarımadasında həyata keçirir. "BB TV Kommunikeyşn" MMC-nin strategiyasına əsasən, gələcəkdə regionların keyfiyyətli rəqəmsal efir-kabel yayımı ilə əhatə olunması planlaşdırılır. Hər zaman öz sahəsində birinci olan və son texnologiyaları tətbiq edərək abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən "BB TV Kommunikeyşn" MMC artıq üçüncü dəfə efif-kabel yayımı sahəsində birinci olaraq 14 may 2010-cu ildə Azərbaycanda ilk dəfə HDTV (yüksək dəqiqliyə malik televiziya) xidmətini abunəçilərinə təqdim etmişdir.
B.B. Kinq
B. B. Kinq (B. B. King; əsl adı Rayli B. Kinq, ing. Riley B. King; 16 sentyabr 1925, İtta Bena, Missisipi, ABŞ — 14 may 2015, Las-Veqas, Nevada, ABŞ) — pərəstişkarları tərəfindən "blyuzun kralı" adlandırılan amerikalı blyuz gitaraçısı, müğənni, mahnı müəllifi. Ən məşhur kompozisiyalarından biri "The Thrill Is Gone" (1969) mahnısıdır. 2011-ci ildə Rolling Stone jurnalı tərəfindən aparılan sorğuya görə B. B. Kinq "bütün dövrlərin 100 ən yaxşı gitaraçısı" siyahısında 6-cı yeri tutur. == Həyatı == Rayli B. Kinq 16 sentyabr 1925-ci ildə Missisipi ştatının İtta Bene şəhərinin yaxınlığında anadan olub. Həmin bölgədən olan bir çox digər blyuzmenlər kimi, o da peşə həyatına icarədar fermer kimi başlamış, boş vaxtlarında gitarada ifa etmişdir. === Son illəri və vəfatı === == Şəxsi həyatı == == Diskoqrafiyası == == Videoqrafiyası == The Electric B. B. King — His Best (1960) Great Moments with B. B. King (1981) Rattle and Hum (1988) B. B. Kinq filmdə "When Love Comes to Town" mahnısını gitarada ifa edir. The King of the Blues: 1989 (1988) Got My Mojo Working (1989) King of the Blues (Бокс Сет, 1992) Why I Sing the Blues (1992) Blues Brothers 2000 (1998) Live in The Jazz Channel (2001) Martin Scorsese Presents the Blues: B. B. King (2003) Ultimate Collection (2005) B. B. King: Live (2008) B. B. King Live in Africa '74 (Shout! Factory) (2009) — "Rumble In The Jungle" konserti B. B. King: Live at the Royal Albert Hall 2011 == Mükafatları == 1977-ci ildə Yel Universiteti, 2007-ci ildə isə Braun Universiteti tərəfindən Kinqə musiqi sahəsində fəxri doktor dərəcəsi verildi. 1987-ci ildə adı rəsmi olaraq Rok-n-rol şərəf zalına daxil edildi.
B. B. Kinq

Jay-Z
Jay-Z (əsl adı Şon Kori Karter, 4 dekabr 1969, Bruklin, Nyu-York, ABŞ) — məşhur afro-amerikan Amerika repçisi, musiqi prodüseri, aktyor və şou-biznes xadimi. == Diskoqrafiya == 1996: "Reasonable Doubt" 1997: "In My Lifetime, Vol. 1" 1998: "Vol. 2... Hard Knock Life" 1999: "Vol. 3...
Nəsil Z
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Z-bufer
Z-buferdərinlik buferi — (ing. z-buffer (= depth buffer), ru. z-буфер, буфер глубины – üçölçülü kompüter qrafikasında: görüntünün elementlərinin uzaqlığının qeydə alınması üsulu. "Görünmə problemi"nin həll variantlarından biridir. Əgər texniki (aparat) baxımdan reallaşdırmaq olursa, çox effektlidir və praktiki olaraq heç bir çatışmazlığı yoxdur. Proqram baxımından isə z-bufer ilə rəqabət apara biləcək başqa metodlar da vardır: z-çeşidləmə ("rəssam alqoritmi") və fəzanın ikilik bölünməsi (BSP). Z-bufer metodunun başlıca çatışmazlığı çox böyük həcmdə yaddaşdan istifadə etməsidir. Z-bufer ikiölçülü massiv şəklində olur ki, onun da hər bir elementi ekranın bir pikselinə uyğun gəlir. Videokart pikseli çəkən zaman onun uzaqlığı hesablanır və z-buferin xanasına yazılır. Əgər çəkilən iki obyektin pikselləri bir-birini örtürsə, onda onların dərinlik (uzaqlıq) qiymətləri tutşdurulur və daha yaxında olan çəkilir, onun uzaqlıq qiyməti isə buferdə saxlanılır.
Z-sırası
Z-sırası (ing. z-order, ru. z-порядок – qrafik obyektlərin müşahidəçiyə nəzərən yerləşməsi ardıcıllığını bildirən termin. Z-sırası hansı obyektin o birilərlə müqayisədə öndə, yaxud arxada olmasını təyin edir. Başlıca olaraq, kompüter qrafikasında və qrafik interfeyslərin proqramlaşdırılmasında, o cümlədən, veb-dizaynda tətbiq olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Z/OS
Z/OS - IBM şirkətinin öz istehsalı olan meynfreymlər üçün işləyib hazırladığı 64-bitlik əməliyyat sistemi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Z (dəqiqləşdirmə)
Z — Latın qrafikalı Azərbaycan əlifbasında 32-ci (sonuncu) hərf, 23 samitdən biri. Z (hərbi simvol) — Rusiyanın Ukraynaya təcavüzündə iştirak edən Rusiya Silahlı Qüvvələrinin hərbi maşınlarında çəkilmiş bir neçə simvoldan biri.
Z bayrağı
Z bayrağı beynəlxalq dəniz işarə bayraqlarından biridir. Susima döyüşündə Yaponiyanın qələbəsini simvolizə etdiyi üçün Z bayrağı Yaponiya üçün xüsusi məna daşıyır.
Z shell
Zsh(Z shell)- UNİX əməliyyat sistemində shell. Zsh-ni Bourne shell-in inkişaf etdirilmiş və genişləndirilmiş versiyası hesab etmək olar. Zsh-i bash, ksh, tcsh-nin bəzi xüsusiyyətlərinə malikdir.
Z-Library
Z-Library (z-lib kimi qısaldılmışdır, əvvəllər BookFinder) — elmi jurnal məqalələrinə, akademik mətnlərə və ümumi təyinatlı kitablara faylın birgə istifadəsi üçün kölgə kitabxanası layihəsi. Kitablarının çoxunun qaynağı Library Genesis-in güzgüsü kimi fəaliyyətə başladı. Alexa Traffic Rank xidmətinə görə, Z-Library 2021-ci ilin oktyabr ayında ən aktiv veb saytlar arasında 8182-ci yeri tutdu. Z-Library xüsusilə inkişaf etməkdə olan ölkələrdə və elm adamları arasında populyardır. 1 yanvar 2023-cü il tarixinin reportuna görə, Z-Library 11.828.754-dən çox kitab və 84.837.643 məqaləyə malikdir. Təşkilat özünü "dünyanın ən böyük elektron kitab kitabxanası" ilə yanaşı "dünyanın ən böyük elmi məqalə mağazası" kimi təsvir edir və ianələr hesabına dəstəklənən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Z-Library layihəsi və fəaliyyəti bəzi yurisdiksiyalarda qanunsuz hesab edilə bilər. 2022-ci ilin noyabrında vebsaytın clearnet domenləri ABŞ Ədliyyə Nazirliyi tərəfindən müsadirə edildi və layihə ilə əlaqəli iki Rusiya vətəndaşı müəllif hüquqlarının pozulması və çirkli pulların yuyulması ittihamı ilə Argentinada həbs edildi. Veb saytın müsadirə olunması məzmunun əlçatanlığını azaltsa da, məzmun hələ də dark web-də mövcuddur. Layihənin hüquqi statusu, habelə onun nəşriyyat sənayesinə və müəllif hüquqlarına potensial təsiri davamlı müzakirə mövzusudur.
Z-Wave
"Z-Wave" — əsasən yaşayış və kommersiya binalarının avtomatlaşdırılması üçün istifadə edilən simsiz rabitə protokolu. Bu cihazdan cihaza əlaqə yaratmaq üçün aşağı enerjili radio dalğalarından istifadə edən şəbəkədir. Ağıllı işıqlar, təhlükəsizlik sistemləri, termostatlar, sensorlar, ağıllı qapı kilidləri və qaraj qapısı açıcıları kimi ağıllı ev cihazlarını simsiz idarə etməyə imkan verir. "Z-Wave" markası və texnologiyası "Silicon Labs"ə məxsusdur. Bu texnologiya ilə məşğul olan 300-dən çox şirkət "Z-Wave" Alliance" daxilində toplanır. Yaşayış məntəqəsi, kommersiya sahəsi, MDU və tikinti bazarlarına yönəlmiş digər protokollar və sistemlər kimi "Z-Wave" sistemi də smartfondan, planşetdən və ya kompüterdən, lokal olaraq "Z-Wave" şlüzlü ağıllı dinamik, simsiz klaviatura və ya divara quraşdırılmış panel vasitəsilə, həmçinin həm maraq nöqtəsi, həm də nəzarətçi kimi xidmət edən mərkəzi idarəetmə cihazı ilə idarə oluna bilər. "Z-Wave" ittifaqın bir hissəsi olan müxtəlif istehsalçıların ev idarəetmə sistemləri arasında tətbiq səviyyəsinin qarşılıqlı işləməsini təmin edir. Birlikdə işləyə bilən "Z-Wave" məhsullarının sayı artmaqdadır. 2017-ci ildə 1,700-dən çox, 2019-cu ilə qədər 2,600-dən çox və 2022-ci ildə 4,000-dən çox idi. "Z-Wave"in tətbiq səviyyəsində qarşılıqlı fəaliyyət göstərməsi cihazların məlumat paylaşa bilməsini təmin edir, bütün "Z-Wave" aparat və proqram təminatının birlikdə işləməsinə imkan verir.
Z nəsli
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Qarışqa Z
Qarışqa Z (ing. Antz) — 1998-ci ildə istehsal olunmuş cizgi filmi. İlk dəfə 19 sentyabr 1998-ci il tarixində Toronto Beynəlxalq Film Festivalında göstərilmişdir. Qarışqa Zed — Internet Movie Database saytında.
EOKA-B
EOKA-B ilk dəfə Makariosun 19 iyul 1974-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında etdiyi çıxışlarda istifadə etdiyi terror təşkilatı tərifidir. Kipr adasında qurulan EOKA 1970-ci ilə qədər ingilislərə, kommunistlərə və Kipr türklərinə qarşı (kütləvi məzarlıqlar, insan qırğınları kimi) fəaliyyətlərdə iştirak etmişdi. Lakin 1971-ci ildə Yunan Hərbi Xuntasının lideri Dimitri İonidas, Kipr türklərinin məhv edilməsi üçün Makarios idarəçiliyinin üsullarını kafi görməyib və EOKA-nı yenidən aktivləşdirmək üçün təşkilata pul və silah bağışlamağa başlayıb. Makarios Nikos Sampsonun rəhbərliyi ilə dövlət çevrilişinə səbəb olan bu hərəkətlər dövrünü onun əvvəllər təsdiq etdiyi terror aktları dövründən ayırmaq üçün EOKA-B terminindən istifadə edib.
Hemofiliya B
Hemofiliya B qan laxtalanma sisteminin IX faktorunun irsi çatışmazlığı nəticəsində inkişaf edir və Hemofiliya A-dan klinik baxımdan yüngül gedişinə görə fərqlənir. Xəstəlik həmçinin Kristmas xəstəliyi də adlanır. Xəstəlik X - xromosomu ilə ilişikli resessiv yolla nəsildən nəslə keçir. Hemofiliya B xəstəliyi zamanı IX faktora nəzarət edən genin mutasiyası və ya delesiyası baş verir ki, nəticədə qeyri funksional IX faktor molekulunun yaranması və ya bu faktorun sintez olunmasının dayanması baş verir. Xəstəlik ilk dəfə ətraflı olaraq R.Biggs tərəfindən 1952 cildə təsvir edilmiş və xəstəliyin aşkar olunduğu xəstənin soyadına uyğun olaraq Kristmas xəstəliyi adlandırılmışdır. Yeni antihemofil faktor Kristmas faktoru, sonralar isə beynəlxalq təsnifata uyğun olaraq IX faktor kimi işarə olunmuşdur. Hemofiliya B klinik baxımdan Hemofiliya A-ya bənzəsə də, burada qanaxmaların rastgəlmə tezliyi Hemofiliya A-dan 5 dəfə azdır.
Hepatit B
Hepatit B virusunun əmələ gətidiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər. == Təhlükəsi == Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bugünkü ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1–2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir. == Risk daşıyan qruplar == Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır: a) Səhiyyə personalı, b) Çox sayda qan köçürmə edilən xəstələr, c) Hemofil və hemodializ xəstələr, d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar, e) Homoseksual və biseksual kişilər, f) Damar daxili narkotik istifadə edənlər, g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi, yurd və həbsxana kimi yerlərdə yaşayanlar, h) HBsAg müsbət olan anadan doğulan körpələr və b. == Hepatit B-nin yoluxması == Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.
Jozeit B
Jozeit B — sulfid sinfinə aid mineral. Mineral Beynəlxalq Mineralogiya Assosiasiyası tərəfindən təsdiq edilsə də, zəif müəyyən edilmiş növ olduğu üçün şübhəlidir Jozeit B Bi₄Te₂S kimyəvi formulu olan sulfiddir. Triqonal sistemdə kristallaşır, Mohs şkalası üzrə onun sərtliyi 2-dir.
Kardi B
Belkalid Marlenis Almanzar (ing. Belcalis Marlenis Almanzar; 11 oktyabr 1992[…]) — Əslən dominikanlı olan amerikalı repçi, bəstəkar və aktrisa. Əsasən Kardi B adı ilə tanınır.
Proksima b
Proksima Sentavr b – Günəş sistemindən kənarda Günəşə ən yaxın olan qırmızı rəngli Proksima Sentavr adlı kiçik ulduzun ətrafındakı fırlanan planet. NASA-nın tədqiqatları nəticəsində planetdə həyat olma ehtimalının yüksək olduğu müəyyənləşdirilib və dünyanın oxşarı ola biləcək planetdə suyun olmasına ümidləri artırıb.
R&B
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
RSDFP(b)
Sovet İttifaqı Kommunist Partiyası (qısaca Sov.İKP) — (Коммунистическая партия Советского союза КПСС), Sovet İttifaqının bütün tarixi boyu yeganə, hakim siyasi partiyası. Fəaliyyəti ilk qurucularından olan Vladimir İliç Lenininin adı ilə bağlı olub. Xələfi olan Rusiya Sosial Demokrat Fəhlə Partiyasının I qurultayı Minskdə 13–15 mart 1898-ci ildə keçirilib. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının II Qurultayında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının iki fraksiyasının — Vladimir Leninin başçılıq etdiyi bolşeviklər və Georgi Plexanov və Yuli Martovun başçılıq etdiyi menşeviklər meydana gəldi. Parçalanmanın əsas səbəbi partiya nizamnaməsinin əhəmiyyətsiz görünən maddəsi idi; Lenin partiya üzvlərindən "şəxsi iştirak", Martov isə "şəxsi yardım" tələb etməyi təklif etdi. Əslində söhbət partiya binasında icazə verilən mərkəzçilik dərəcəsindən gedir; Lenin tabeçiliyində olanların yuxarıdakıların direktivlərini yerinə yetirmək məcburiyyəti ilə sərt bir şəkildə mərkəzləşmiş bir təşkilat yaratmağa çalışdı. Martov isə Qərbi Avropa Sosial Demokratiya modelində, xüsusən o zaman ən nüfuzlu Alman partiyası modelində sərbəst birləşmə prinsipini müdafiə etdi. Artıq 1903-cü ilin sentyabrında tərəflər partiya təşkilatları — Mərkəzi Komitə, "İskra" qəzetinin redaksiyası, Xarici İnqilabçı Sosial Demokratiya Birliyi , yerli partiya təşkilatları üzərində nəzarət uğrunda kəskin bir mübarizəyə başladılar. Lenin Mərkəzi Komitədə çoxluğu saxlamağı bacardı, menşeviklər isə İskra redaksiya heyətində və Partiya Şurasında çoxluq qazandı. Mərkəzi Rusiyada, eləcə də Odessa və Qafqazdakı partiya təşkilatlarının əksəriyyəti bolşevikləri dəstəklədi, Donetsk, Kiyev və digər partiya təşkilatları isə menşeviklərə qoşuldu.